4 Sentyabr, 2014
Yeni Anlaşma Memorandumu imzalandı

Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumu Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev və “Keyfiyyət Assosiasiyası” İB sədri Samir Novruzlu imzalayıblar.

Memorandumun əsas məqsədi standartlaşdırma, sertifikatlaşdırma, uyğunluğun qiymətləndirilməsi və s. istiqamətlər üzrə birgə layihələrin, təlimlərin, məsləhət xidmətlərinin və digər xidmətlərin birgə həyata keçirilməsi üçün əməkdaşlığın möhkəmləndirilməsi, əməkdaşlıq yolu ilə qeyd olunan istiqamətlər üzrə ölkədə fəaliyyət göstərən yerli və xarici, dövlət və özəl təşkilat və qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, həmçinin ölkə iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin artırılması üçün birgə əməkdaşlıq planının işlənib hazırlanması və həyata keçirilməsindən ibarətdir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!