4 Sentyabr, 2014
Taliban Əfqanıstanı qarışdırdı - FOTOLAR

Əfqanıstanın Qazne şəhərində Talbanın içində kəşfiyyat idarəsi binasının da olduğu dövlət qurumlarına etdiyi silahlı və bombalı terror aktı nəticəsində ölənlərin sayı 19-a, yaralananların sayı siə 136-ya çatıb.

Qazne polis rəisi Əsədullah Ənsafi, terror aktını həyata keçirən 13 taliban militanının hamsının öldürüldüyünü açıqlayıb. Ənsafi: “ölənlərin ikisi mülkü, üçü polis, biri də əsgər, yaralananların isə 30-u mülküdür”.

Qazne qubernatoru Musahan Əkbərzadə, AA-ya verdiyi açıqlamada, bu gün səhər 13 taliban silahlısının Kəşfiyyat İdarəsində terror aktı həyata keçirdiyini açıqlamışdı. Qubernator, təxminən bir saat davam edən atışmada 13 militanın öldürüldüyünü və 2 polisin həyatını itirdiyini açıqlamışdı.

Terror aktı Kəşfiyyat İdarəsnin qarşısında bomba yüklü maşının partlamasıyla başlamışdı. Ardınca terrorçularla polislər arasında atışma başlayıb. Terror aktını Taliban öz üzərinə götürüb.

Taliban hadisədə çoxlu sayda Əfqan Təhlükəsizlik Xidməti üzvlərinin öldürüldüyünü iddia edib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!