4 Sentyabr, 2014
Paulo Koelyodan yeni roman

Simsar.az xəbər verir ki, dünyanın bütün ölkələrində milyonlarla oxucusu olan Paulo Koelyo, yazarlıq kariyerasının 28-ci ilinə haqqında çox danışılacaq yeni romanı ilə girir.

“Xoşbəxtlik mənim üçün adi bir şeyə çevirildi, artıq heç kimin fərqinə varmıram. Danışa biləcəyim biri olduğu üçün xoşbəxtəm. Amma söyləmək istədiklərimin bu süni nəşəmlə heç bir əlaqəsi yoxdur. Artıq düzgün-əməllu taya bilmirəm. Özümü eqoist hiss edirəm. İnsanları uşaq kimi təsirim altına alıram. Ortada heç bir səbəb yoxkən, vanna otağına girib ağlayıram. Aylardır ilk dəfə həqiqətən, istəyərək sevişdim. Btün bunların otuz yaşıma girdiyim üçün bir növ keçici dövr olduğunu düşünürdüm. Amma bu açıqlamada mənə yetmir. Həyatımı boş yerə həba edir, bir gün geriyə baxan zaman hər şeyə grə peşiman olacaqmışam kimi hiss edirəm özümü. Səninlə evlənməm və uşaqlarımın dünyaya gəlməsinin xaricində hər şeydə…”

İsveçrəli journalist Lindanın həyatı hər tərəfiylə mükəmməldir: yaşadığı yer, ailə həyatı, əri, uşaqları, peşəsi… Ta ki, bu qüsursuzluq qabığının altında yatan təminsizliyin fərqində olana qədər… Cavanlıq məhəbbəti Yakobla qarşıladığı andan etibarən Linda, süni xoşbəxtliyi ilə ən böyük əskiyi olan ehtiras arasında bir seçim etmək məcburiyyətində qalacaq.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!