6 Aprel, 2011
AZAL-ın yeni stadionunun açılışının vaxtı dəqiqləşdi

Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarının vaxtı və keçirilmə yeri açıqlanıb

Apasport.az saytının məlumatına görə, AZAL Şüvəlan qəsəbəsində tikilən stadionunun açılışını bu bazar edəcək. Əslində, “təyyarəçilər”in hələ ötən tur “İnter”lə ev oyununun həmin arenada keçirilməsi gözlənilsə də, qaz problemi üzündən təxirə salınmışdı.

9 aprel
15:00. "Simurq" - MOİK
Zaqatala. Olimpiya Kompleksinin stadionu

15:00. "Turan" - "Qəbələ"
Tovuz. Şəhər stadionu

17:00. "İnter" - "Neftçi"
Bakı. "Şəfa" stadionu

10 aprel
15:00. "Gəncə" - "Muğan"
Gəncə. Şəhər stadionu

16:00. "Qarabağ" - "Xəzər Lənkəran"
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:00. AZAL - "Bakı"
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!