4 Sentyabr, 2014
Ramil Usubov hərbi qulluqçuları təltif etdi

Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı və Azərbaycan Respublikasının "Qüsursuz xidmətə görə" medalının 1-ci, 2-ci, 3-cü dərəcələri ilə təltif olunublar.

Daxili Qoşunların mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, bu münasibətlə bu gün Daxili Qoşunların Baş İdarəsində Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədov medalları hərbi qulluqçulara təqdim edib.

Təqdimetmə mərasimdə şəxsi heyət qarşısında çıxış edən general-mayor Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları Daxili İşlər Naziri və Daxili Qoşunlar Komandanlığı adından bir daha təbrik etmiş, onlara xidməti-döyüş fəaliyyətlərində uğurlar arzulayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!