3 Sentyabr, 2014
Putinin "yeddi bəndi"

Ukraynanın baş naziri Arseni Yatsenyuk Rusiya prezidenti Vladimir Putin tərəfindən təklif edilmiş Ukrayna böhranının nizama salması planını "Avropa ittifaqının Rusiyaya qarşı yeni sanksiyaların dalğasından qaçmaq cəhdi" adlandırıb.

Simsar.az məlumatına görə, baş nazir Putini bununla yeni sanksiyalardan qaçmağa cəhd etdiyini düşünür.

"Putinin “yeddi bəndi" Ukraynanın şərqində münaqişənin dondurulmasıdır", - deyə Ukraynanın Nazirlər kabinetinin mətbuat xidməti Yatsenyukun bəyanatından sitat gətirir.

Çərşənbə günü Monqolustana səfərin sonuna yaxın jurnalistlərlə görüşdə Putin bildirib ki, Ukraynalı həmkarı Petro Poroşenko ilə danışıqdan sonra o, yeddi bənddən ibarət olan Ukraynada vəziyyətin nizama salınması üzrə iş planını qeyd edib.

Xüsusilə, Putin hər iki tərəfdən hücum əməliyyatlarını qurtarmağı, Donetsk bölgəsinə humanitar dəhlizləri açmağı və ora təmir briqadalarını göndərməyi təklif edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!