3 Sentyabr, 2014
Millimiz İsraili darmadağın etdi

Bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avro-2015-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Simsar.az-ın məlumatına görə, Bakıda keçirilən oyunda millimiz İsrail yığması üzərində böyük hesablı qələbəyə sevinib.

Belə ki, ilk hissədə 2 top fərqi ilə hesabda önə keçən millimiz daha bir dəfə qarşılaşmanın son dəqiqələrində fərqlənib.

Bununla da yığma komandamız qrupda keçirdiyi 7 oyundan 7 xalla 4-cü sırada qərarlaşıb.

Azərbaycan – İsrail - 3:0

Qollar: Ağabala Ramazanov, 22 (1:0), Rəhman Hacıyev, 31 (2:0), 87 (3:0)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!