3 Sentyabr, 2014
Bu ay Ukrayna Avropa İttifaqı ilə saziş imzalayacaq

Avropa parlamenti Ukrayna ilə Avropa İttifaqı arasında assosiativ saziş sentyabrda keçiriləcək sessiyada ratifikasiya etməyi planlaşdırır.

Simsar.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa xalq partiyasının mətbuat xidməti açıqlama yayıb.

“Ukrayna üçün sənədin tezliklə qəbul olunması çox vacibdir. Avropa parlamenti sürətləndirilmiş qaydada assosiativ sazişi ratifikasiya edəcək”, sənəddə belə deyilir.

Avropa parlamentinin plenar sessiyası sentyabrın 15-dən 18-dək Strasburqda keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!