3 Sentyabr, 2014
Şahmat yarışı başa çatdı

Sədərək Rayon Gənclər və İdman İdarəsi və şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında şahmat üzrə rayon birinciliyinə yekun vurulub.

Simsar.az xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən birincilikdə 32 zəka sahibi qüvvəsini sınayıb.

Bütün rəqiblərini üstələyən Asif Dünyamalıyev birinciliyin qalibi adını qazanıb. Nurlan Adınalı və İlkin Musazadə isə digər iki pillədə qərarlaşıblar.

Sonda təşkilatçılar tərəfindən qaliblərə diplomlar təqdim olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!