3 Sentyabr, 2014
Bakıda ağacların dibinə tökülən maddə araşdırılır

Sentyabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, Cavadxan küçəsi 26 ünvanında ağacların dibinə sulfat turşusunun tökülməsi ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən APA - ya verilən məlumata görə, əraziyə baxış zamanı sözügedən ünvanda yaş kök üstə 9 ədəd şam və 1 ədəd qarağac cinsindən olan ağacların dibinə mənşəyi məlum olmayan maddənin töküldüyü faktı aşkar edilib.

Faktla bağlı mövcud vəziyyət sənədləşdirilərək sözügedən ağacların dibinə tökülən maddənin mənşəyinin müəyyən edilməsi məqsədilə ETSN-nin mütəxəssisləri tərəfindən həmin sahədən torpaq nümunələri götürülüb.

Torpaq nümunələri üzərində aparılan analizlərin nəticəsinə uyğun olaraq həmin maddənin zərərverici olduğu təsdiq edilərsə, təqsirkarların müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!