3 Sentyabr, 2014
İran İsraillə bağlı BMT-yə müraciət etdi

İranın BMT-dəki daimi nümayəndəsi Hüseyn Dehqani BMT Baş katibi Ban Ki Mun, İdarə Heyəti rəhbəri Con Villiyam Aşe və BMT Təhlükəsizlik Şurası rəhbəri Mark Lyall Qranta məktub yazıb.

Simsar.az İSNA-ya istinadən məlumat verir ki, məktubda pilotsuz təyyarələrlə İran ərazisinə daxil olan İsrailin “təcavüzkar mövqeyi”nin qınanması tələb edilib.

Dehqani pilotsuz təyyarələri göndərməklə İsrailin İran torpaq bütövlüyünü və suverenliyini pozduğunu iddia edərək bunun beynəlxalq hüquq normalarına və BMT prinsiplərinə zidd olduğunu dilə gətirib.

İran nümayəndəsi ölkəsinin torpaqlarını qorumaq üün müdafiə məqsədli hərbi tədbirlər görmə hüququna sahib olduğunu bildirib. Onun sözlərinə görə, İrana qarşı ediləcək hər hansı bir provakasiya ciddi nəticələr doğura bilər.

İran İnqilab Gözətçiləri avqustun24-də İsfahan şəhərindəki Natanz nüvə-enerji obyektlərinə yaxınlaşan və İsrailə məxsusluğu deyilən pilotsuz təyyarələrin havaya raket sistemlərilə endirildiyini açıqlamışdı. Bir müddət sonra isə bu hadisə ilə bağlı video görüntü yayımlasa da rəsmi İsraildən məsələyə dair hələlik heç bir açıqlama verilməyib.

Ülviyyə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!