3 Sentyabr, 2014
Nuri Sərinləndirici adı ilə bağlı olan saxtakarlığın qarşısını aldı - FOTO

Simsar.az xəbər verir ki, Moskvada yaşayan tanınmış azərbaycanlı müğənni Nuri Sərinləndirici virtual aləmdə onun adından profil açan insanlarla mübarizəyə başlayıb.  Bu barədə oxucularımızı Nurinin Azərbaycan üzrə yaradıcı layihələrinə rəhbərlik edən Lamiyyə Ələkbərqızı məlumatlandırdı :

"Aylardır instagramda Nuri Sərinləndirici adına açılmış profillər var.

Bu səhifələri idarə edən insanlara dəfələrlə xəbərdarlıq etdik ki, Nurinin adına xələl gətirməsinlər.

Müraciətimiz fayda vermədiyindən qərar aldıq ki, Nuri özü instagramda qeydiyyatdan keçsin. @nuriserinlendiriciofficial səhifəsini müğənninin özü idarə edir.

Ümidvarıq ki, fanatlar bundan sonra saxta profilləri idarə edənlərin paylaşımlarına  aldanmayacaqlar.

Kim istəsə Nurinin orijinal səhifəsini follow edib sevdiyi müğənninin yeniliklərini izləyə bilər".

Simsar.az olaraq Nuri Sərinləndiricinin rəsmi səhifəsini foto olaraq oxucularımıza təqdim edirik.

Şahin Cavadsoy

Simsar.Az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!