3 Sentyabr, 2014
SOCAR Rusiyaya qaz nəqlini dayandırdı

Azərbaycan Rusiyaya qaz verilməsini müvəqqəti dayandırıb.

Simsar.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiya SOCAR-dan verilib.

SOCAR qazın təmir işləri ilə əlaqədar olaraq dayandırıldığını bildirib:

“Rusiyaya qazın eksportu Rusiya ilə sərhəddə yerləşən Bakı-Quba yolunda, həmçinin qaz transportu infrastrukturunda təmir işləri ilə bağlı dayandırılıb”.

Şirkətdən qaz nəqlinin dəqiq hansı tarixdə bərpa ediləcəyi haqda bir məlumat verilə bilməyəcəyini də qeyd etdilər.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!