3 Sentyabr, 2014
AVP Qubadlı rayon təşkilatının ofisi açıldı - FOTO

Ana Vətən Partiyası (AVP) Qubadlı rayon təşkilatının Sumqayıt şəhərində ofisinin açılışı olub.

AVP mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, sədrin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədov, Sumqayıt şəhər təşkilatının sədri Şahbəndər İsmayılov və Qubadlı rayon təşkilatının bir qrup fəalı iştirak edib.

Tədbirdə çıxış edən natiqlər Qubadlı rayon təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli rol oynayacağını bildirdiblər.

Çıxış edən partiya fəalları həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışdılar və ana vətənçiləri bələdiyyə seçkilərində aktiv şəkildə iştiraka dəvət etdiblər.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!