3 Sentyabr, 2014
Ərdoğan getdi

Türkiyənin yeni prezidenti Rəcəb Tayib Ərdoğanın Azərbaycan səfəri yekunlaşıb.

Simsar.az-ın məlumatına görə, R. T. Ərdoğan "TUR" adlı şəxsi təyyarəsi ilə Heydər Əliyev adına Beynəlxalq Havalimanından Böyük Britaniyaya yola düşüb.

O, Uelsdə NATO-nun Zirvə Sammitində iştirak edəcək.

Qeyd edək ki, Türkiyə prezidenti R. T. Ərdoğan Azərbaycan səfəri zamanı prezident İlham Əliyevlə görüşüb.

Tərəflər arasında təkbətək və geniş tərkibli görüşlər keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!