3 Sentyabr, 2014
“Mançester Yunayted”dən “Real”a

Madrid təmsilçisi ingilis klubundan daha bir futbolçunu heyətinə qatıb

Simsar.az xəbər verir ki, Gilyermo Varela növbəti mövsümü “Real Madrid”in heyətində keçirəcək. David Moyesin “Panerol” klubundan transfer etdiyi 21 yaşlı futbolçu Zinəddin Zidanın rəhbərliyində olan “Kastilya” klubunda forma geyəcək. Varela “Kral klubu”nda icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, uruqvaylı müdafiəçi cari mövsümdə “Mançester Yunayted”dən transfer edilən ikinci futbolçu olub. Paytaxt təmsilçisi buna qədər Xavier Hernandezi heyətinə qatmışdı.

Vüsal Məmmədzadə

 

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!