3 Sentyabr, 2014
İsrail zirehliləri yenidən Qəzza sərhədində

İsrail ordusuna məxsus zirehli vasitələr atəşkəsin ardından yenidən Qəzzanın Rəfah sərhədinə girib. Simsar.az xarici KİV-ə istinadən məlumat verir ki, zirehlilər Ən-Nahda məhəlləsindən 100 metr içəri daxil olub. Bununla yanaşı kəşfiyyat təyyarələri də bölgədə uçuş həyata keçirib.

Buldozerlərin bölgədəki əraziləri talan etməkdə məqsədinin Qəzzaya hücum əsnasında Həmas tərəfindən öldürüldüyü iddia edilən İsrail əsgəri Hadar Qoldinin cəsədini axtarmaq olduğu bildirilib. Ancaq rəsmi İsraildən bu barədə heç bir açıqlama verilməyib.

İsrail avqustun 1-də Qəzzadakı hücumlar zamanı Hadar Qoldinin qaçırıldığını iddia edərək hadisədə təqsirkar kimi Həması görmüşdü. Qəssam Toqayları isə həmin əsgərə dair məlumatsız olduqlarını dilə gətirmişdilər. Hadisədən iki gün sonra əsgərin ölüm xəbəri yayılmışdı.

İsrailin iyulun 7-sində havadan, 17-sində qurudan Qəzzaya etdiyi hücumlar Misirin təşkilatçılığı ilə keçirilən görüşlər nəticəsində avustun 26-da reallaşan atəşkəslə nəticələnmişdi

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!