3 Sentyabr, 2014
İnsan ətindən başqa hər şeyi yeyirlər

Amerikalı tədqiqatçılar, insan ətindən başqa hər şeyi yeyən Diestrammena asynamora çəyirtkəsinin şərq əyalətlərində yayılmağa başladığını bildirib.

Simsar.az xarici mətbuata istinadən  xəbər verir ki, “Peer J” jurnalında yayımlanan araşdırmanı idarə edən Nort Karolina State universitetinin professoru Meri Can Epps bildirib ki, yaxşı olan yeganə xəbər, çəyirtkələrin insan həyatı üçün təhlükə yaratmamasıdır.

Asiyaya xas olduğu bilinən və istixanalarda yaşayan çəyirtkələrin ABŞ-a nə vaxt gəlib çıxdıqları bilinmir. Epps “istixana çəyirtkəsi” adlandırdırılan növün iqtisadi sistemə necə təsir edəcəyini hələlik bilmədiklərini, ancaq yerli çəyirtkə növlərinin təhlükə altında olduqlarını söyləyib.

Vəhşi təbiət mütəxəssisi Holli Mennincer, istilaçı çəyirtkələrin cəmiyyətə yararlı ola biləcəyini söyləyib. Mennincer təmizləyici olan çəyirtkələrin çardaq və qarajlardakı ölü böcəkləri və zibilləri yeyərək gigyenanı təmin edə biləcəyini qeyd edib.

 

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!