3 Sentyabr, 2014
Dərmandan zəhərlənənlərin sayı artıb – RƏSMİ

“Bu ilin  8 ayı ərzində 57 nəfər dərman zəhərlənməsi ilə müraciət edib ki, bunlardan da 40  nəfəri qadın olub. Uşaqların zəhərlənməsinə isə əsas etibarilə  antibiotik tərkibli preparatlar və polivitaminlərin qəbulu səbəb olub”.

Bu barədə Simsar.az-a Respublika Toksikologiya şöbəsinin  rəhbəri Azər Maqsudov məlumat verib. O bildirib ki, dərman zəhərlənməsinə həm də sirkə turşusu ilə zəhərlənmə də aid edilir ki, bu ilin  ilk 6 ayı ərzində məhz sirkə turşusu ilə zəhərlənmədə bir ölüm faktı qeydə alınıb.

Maqsudov onu da bildirib ki, daxil olan xəstələrin hansı səbəbdən zəhərləndiyini psixiatr təyin edir.

A.Maqsudov buildirib ki,  ötən il dərmanlardan zəhərlənmə ilə 53 nəfər mərkəzə müraciət etmişdisə bu il bu rəqəm 57 olub.

“Xəstə daxil olarkən biz onun zəhərlənmə diaqnozu qoya bilirik. Amma bu dərmanı intihar məqsədilə, yoxsa müalicə məqsədilə qəbul edib, bunu aydınlaşdırmaq bizim səlahiyyətimizə daxil deyil. Sadəcə xəstə sahibindən soruşa bilərik. Bunun araşdırılması ilə isə sırf psixiatr məşğul olur”.

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!