3 Sentyabr, 2014
Rəqib ciddi itki ilə gəlir

“Sent-Etyen” klubunun kapitanı Loik Perrin sıradan çıxıb

Simsar.az xəbər verir ki, “Karabükspor”la matçda zədələnən futbolçu Avropa Liqası çərçivəsində “Qarabağ”la keçiriləcək oyunu buraxmalı olacaq. 6 həftə yaşıl meydanlardan uzaq qalacaq Perrinin oktyabrın ortalarında tam hazır olacağı ehtimal edilir.

Qeyd edək ki, “Sent-Etyen” qrup mərhələsinin ilk turu çərçivəsində sentyabrın 18-də Bakıya “Qarabağ”la üz-üzə gələcək.

Vüsal Məmmədzadə

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!