3 Sentyabr, 2014
Tovuzun uzaq dağ kəndində yeni məktəb binası

Tovuz rayonunun uzaq dağ kəndi olan Qaradaş kəndində yeni məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, millət vəkili Qənirə Paşayeva, ziyalılar, müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.

Mərasimdə iştirak edən Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bu il də Tovuzda bir neçə məktəbin tikildiyini və bir neçə məktəbin əsaslı təmir oldunduğunu deyib.

Yeni məktəb binasının istifadəyə verilməsi və qarşıdan gələn yeni dərs ili münasibətilə məktəbin bütün müəllim və şagird heyətini təbrik edən millət vəkili Qənirə Paşayeva Tovuzun ən uzaq dağ kəndlərində də müasir standartlara uyğun bu cür  məktəblərin tikilərək istifadəyə verilməsini əlamətdar hadisə adlandırıb. Millət vəkili məktəbin bütün müəllim və şagird heyətini yeni dərs ilinin başlanması münasibəti ilə bir daha təbrik edib və onlara uğurlar arzulayıb.

Rəmzi qırmızı lent kəsildikdən sonra məktəb binasına baxış oldu və məktəbin kollektivi, müəllim və şagird heyəti ilə və kənd sakinləri ilə geniş söhbət və müzakirələr olub.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!