3 Sentyabr, 2014
At belində 10 ölkə gəzdi

Kanadalı kovboy Filipe Masettinin narkotika savaşına diqqət çəkmək məqsədiylə çıxdığı 16 min kilometrlik səfər başa çatıb.

Simsar.az xəbər verir ki, Cənubi Amerikadan uşaq yaşlarında ailəsiylə birlikdə immiqrant olaraq gəldiyi Kanadada jurnalist təhsili alan 27 yaşşlı Masetti Latın Amerikasındakı narkotika savaşına diqqət çəkmək üçün belə bir səyahətə baş vurub.

2012-ci ilin iyulunda Bruiser, Frenchie və Dude adlı atları ilə Kanadadan Meksikaya, ordan da Braziliyaya qədər 16 min kilomter yol qət edən Masetti, yaşadığı macəra haqqında sənədli film çəkəcəyini deyib.

Yol boyu narkotika baronları ilə tanış olduğunu, bəzilərinin onu qonaq etdiyini və bir çox hadisələrə şahid olduğunu bildirən Masetti səyahətin sonunda, 9 il əvvəl Braziliyaya qayıdan ailəsiylə görüşdüyünü deyib. Masetti səyahətlə bağlı yazdığı kitab və sənədli filmin gələn il yayımlanacağını bildirib.

Günel

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!