5 Aprel, 2011
Həsən Kərimov ürəyindən əməliyyat olunacaq

AXCP Ali Məclisinin sədri  ürəyindən cərrahi əməliyyat olunması üçün Türkiyəyə aparılacaq 

Həsən Kərimovun həyat yoldaşı Almaz Rəhimovanın APA-ya verdiyi məlumata görə, H. Kərimov bu gün evə köçürülüb və səhhəti qismən normaldır: “Türkiyəyə əməliyyata getməsi üçün hazırlıq görülür. Yaxın 3 gün ərzində Türkiyəyə gedəcək. Artıq əməliyyat olunacağı xəstəxana da müəyyənləşdirilib. Lakin xəstəxananın adını dəqiq bilmirəm”.

A. Rəhimova qeyd edib ki, həyat yoldaşının ürəyində “koronar şuntlama” əməliyyatı aparılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!