3 Sentyabr, 2014
48 nəfər dərmanların əks təsiri ilə xəstəxanaya yerləşdirilib

Bu ilin 8 ayı ərzində dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkən 48  nəfər xəstəxanaya yerləşdirilib.

Bunu Simsar.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onlardan 17 nəfər qadın, 4 nəfər uşaq, 28 nəfər isə kişi olub.

Onun sözlərinə görə, xəstələrin hər birinə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

A.Maqsudov  bildirib ki, dərmandan zəhərlənmə hallarının hamısı Bakı şəhərində qeydə alınıb: “Əsasən  bədənin həssaslığı nəticəsində  müqavimətin dəyişməsi təsiri nəticəsində belə hallar qeydə alınır”.

Şöbə müdiri onu da bildirib ki, ötən ilin ilk 8 ayı ilə müqayisədə bu il  dərmanların allergik reaksiyasından zərərçəkənlərin sayı azalıb. Ötən il 68 nəfər dərmanların əlavə təsiri nəticəsində allergik reaksiyadan zərər çəkib.

Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!