3 Sentyabr, 2014
Dmitri Peskov: "Putin və Poroşenko atəşkəs barədə razılığa gəlməyib"

“Vladimir Putin və Ukraynanın prezidenti Pyotr Poroşenko atəşin dayandırılması haqqında razılığa gəlmədi. Çünki Rusiya münaqişənin tərəfi deyil”.

Simsar.az Rusiya KİV-inə istinadla xəbər verir ki, bunu  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, bir daha bildirib ki, prezidentlər Ukraynanın cənub-şərqində vəziyyətin həlli yollarını müzakirə ediblər.

Bildirək ki, bir az öncə Ukrayna prezidentinin mətbuat katibi atəşkəs razılığının əldə olunduğu haqqında məlumat yayıb: “Ukrayna Prezidenti Petro Poroşenko ilə Vladimir Putin arasında telefon danışıqları baş tutub. Danışıqlar nəticəsində ölkə başçıları Donbas ərazisində daimi atəşkəs haqqında razılaşmaya gəliblər. Prezidentlər arasında qarşılıqlı anlaşma əldə edilib, bu da təbii ki, ölkələr arasında sülhün bərqərar olmasına doğru atılan addımlardan biridir”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!