5 Aprel, 2011
Çılpaq naturaçılara 5 manat veriləcək

Tədris məşğələlərin aparılması zamanı ödənişlər barədə qərar verilib

Azərbaycan Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” qərara dəyişiklik edib. Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikdə qeyd olunur ki, tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi 1 akademik saata görə geyimli naturada 3 manat, çılpaq naturada isə 5 manat məbləğində müəyyən olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!