3 Sentyabr, 2014
İŞİD-in bir nümunəsi X əsrdə yaradılıb – Sərdar Cəlaloğlu

“İraq Şam İslam Dövlətinin (İŞİD) bir nümunəsi X əsrdə yaradılıb”.

Bunu Simsar.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdər Cəlaloğlu deyib.

O bildirib ki, X əsrdə xiristianlar “Tapınak Şövalyeleri” adlı bir qruplaşma yaratmışdılar: “Burda cəmlənənlər monarx döyüşçülər idi. Onlar da İŞİD-ın döyüşçüləri kimi dindar idilər. Bütün xiristian dünyasını bu cür lərzəyə salmışdılar. Avropa ölkələrini bir-bir dağıdırdılar. Krallar devrilirdi, ölkələr parçalanırdı və yeni dövlətlər əmələ gəlirdi. İndi də həmin “ioziv” planı ortaya atılıb. Bunun arxasında nəhəng maliyə resursları dayanır”.

“İŞİD dünya ağalığı uğrunda gedən mübarizənin bir əlamətidir. Təsadüfü deyil ki, bu, 20 il davam edəcək. Deməli bu, əvvəlcədən planlaşdırılıb. Bunların planında var ki, Yaxın Şərq münaqişəsi 20 il davam etsin. Ola bilsin ki, Ukrayna məsələsi böyüyüb İŞİD-la birləşəcək. Beləliklə dünyada böyük bir çaxnaşma yaradacaqlar. Bunun üzərində min illik tarixi olan “Yeni Dünya Düzəni”yaratmağa çalışacaqlar”- S.Cəlaloğlu belə deyib.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!