3 Sentyabr, 2014
15 rayonda qaz olmayacaq

Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Simsar.az xəbər verir ki,bBu barədə  "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, qaz nəqli və qaz təchizatı şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar saat 12:00-dək Şəki rayonuna, saat 13:00-dək Nərimanov, saat 17:00-dək Suraxanı, Xətai, Füzuli və Yevlax rayonlarının bir hissəsinə, Qax rayonuna, saat 18:00-dək Nizami, Xəzər, Binəqədi, Abşeron, Quba və Şəmkir rayonlarının bir hissəsinə, Astara rayonunun Ərçivan, Kürdəmir rayonunun isə Çöhranlı və Bağbanlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!