3 Sentyabr, 2014
TQDK: “İxtisas seçimi bu gün başa çatır”

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır. Simsar.az-n məlumatına görə,  ixtisas seçimi saat 23:59-da tamamlanacaq.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan vaxta qədər ixtisasları seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidirlər.

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub

Qeyd edək ki, Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 30-da elan olunub.

 

Aysel Kərimova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!