3 Sentyabr, 2014
Təhsil Nazirliyindən ƏMR

Azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2014-2015-ci dərs ilinə aid tədris planının təsdiqi barədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, əmr Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət hazırlıq siniflərində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə  verilib.

Əmrdə qeyd olunur ki, məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Tədris resursları şöbəsi (F.Şahbazlı) həmin tədris planının vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!