3 Sentyabr, 2014
Almaniya Argentinaya, Türkiyə Danimarkaya qarşı

Bu gün dünyanın yaşıl meydanlarında bir neçə yoxlama görüşü baş tutacaq

Simsar.az xəbər verir ki, günü ən maraqlı oyunu Almaniya və Argentina milliləri arasında keçiriləcək. Son dünya çempionatının finalçıları bu dəfə yoldaşlıq görüşündə münasibətlərə aydınlıq gətirəcəklər.

Avro-2016-nın seçmə mərhələsində Azərbaycanla eyni qrupda qərarlaşan Norveç millisi isə İngiltərənin qonağı olacaq. Ada təmsilçisi ilə görüşdə skandinavların hansı nəticəyə nail olacağı maraqla gözlənilir.

Qardaş ölkə Türkiyə də bu gün meydana çıxacaq. “Ay-ulduzlular” Danimarkan millisinin qonağı olacaqlar.

21:30. Litva – BƏƏ

22:00. Ukrayna – Moldova

22:45. Latviya – Ermənistan

23:00. Danimarka – Türkiyə

23:15. Çexiya – ABŞ

23:45. Almaniya  - Argentina

00:00. İngiltərə - Norveç

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!