3 Sentyabr, 2014
İraqda gözlənilməz dostluq – ABŞ və İRAN

İraqda ordu, Şiə və Kürd güclərinin, İŞİD-ə qarşı irəliləyişi davam edir. Dünən Amirlinin azad edilməsi üçün son dövrlərin ən uğurlu əməliyyatına ABŞ da havadan dəstək verərərkən, İran da bu planda rol alıb. Bu isə ABŞ və İranın dolayı da olsa bir planda ortaq yer alması deməkdir.

Peşmərgə gücləri havaya atəş açaraq və yendirdikləri İŞİD bayrağını qəsəbədə gəzdirərək qələbələrini qeyd ediblər. Artıq Yakanca qəsəbəsinin də mühasirəyə alındığı bildirilir. Şiə gücləri İranın son əməliyyatda silah dəstəyi və hərbi planlamada rol aldığını bildiriblər. ABŞ qırıcıları isə Amirli və ətrafındakı İŞİD mövqeylərini bombalayaraq İraq ordusuna yol açıb.

Bu arada İraqda itgin düşən 1700 əsgərin ailəsi məclisə basqın edib. Ailələr oturma aksiyasına başlayıblar.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!