3 Sentyabr, 2014
İŞİD ikinci ABŞ-lı jurnalistin də başın kəsdi - VİDEO

İŞİD James Foleydən sonra ikinci Amerikalı jurnalist Steven Sotloffun da başın kəsib. Və bu tükürpədən hadisənin əks olduğu videonu sosial mediyada paylaşıb.

31 yaşlı jurnalist Sotloff 2103-cü ilin avqustunda Suriyada itmişdi. Sotloffun anası keçən həftə İŞİD lideri Əbu Bəkir Bağdadiyə səslənib, oğlunun bağışlanması üçün yalvarmışdı.

Foleyin qətlindən sonra İŞİD, ABŞ-ın İŞİD-ə qarşı əməliyyatlar durdurmayacağı təqdirdə, digər Amerikalı jurnalisti də öldürəcəyini bildirmişdi. ABŞ isə əməliyyatlara davam etmişdi.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!