2 Sentyabr, 2014
Bakı 12 döyüş kateri aldı

Nüfuzlu beynəlxalq “IHS Jane's” hərbi icmalı İsrailin 12 müasir döyüş katerini Azərbaycana göndərdiyini bildirib.

Simsar.az-ın məlumatına görə, bunlar Israel Shipyards tərsanələrində hazırlanan 6 ədəd “Shaldag Mk V” və 6 ədəd “Saar 62” kateridir.

“IHS Jane's” həmçinin bildirir ki, Bakıda bu ilin iyulunda Türkan ərazisində 13 min kvadrat metr sahəli tərsanə tikilib.

Tikintidə Israel Shipyards iştirak ediblər və yeni tərsanədə iki hərbi kater hazırlanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!