2 Sentyabr, 2014
“Dnepr” “Qarabağ”la öz meydanında oynaya bilməyəcək

UEFA Ukrayna klubunun Avropa Liqası çərçivəsində baş tutacaq ev oyunlarını doğma meydanda keçirməməsinə qərar verib

Simsar.az xəbər verir ki, buna ölkədəki gərgin vəziyyət səbəb olub. Dnepropetrovsk şəhəri yaxınlığında qarşıdurmaların davam etməsini nəzərə alan ali qurum Ukrayna təmsilçisinin oyunlarını Kiyevdə keçirməsi ilə bağlı qərar qəbul edib. Beləliklə, “Dnepr” Avropa Liqası çərçivəsində ev oyunlarını paytaxtın “Olimpiyski” arenasında keçirəcək.

Qeyd edək ki, “Dnepr” 23 oktyabr tarixində “Qarabağ”ı qəbul edəcək.

 

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!