2 Sentyabr, 2014
Paytaxt məktəbinin zirzəmisindən döyüş sursatı tapıldı

Bakıda orta məktəbin zirzəmisində döyüş sursatları tapılıb.

Simsar.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Pirallahı rayonunda orta məktəbin binasının zirzəmisində döyüş sursatları aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

FHN-in mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçiriblər. Müəyyən olunub ki, bunlar istifadəyə yararsız olan (təlim ücün istifadə edilən) sursatlardır. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, digər növ şübhəli əşya aşkar etməyiblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!