2 Sentyabr, 2014
“Zenit” Hulksuz qaldı

Futbolçu 6 həftə meydana çıxa bilməyəcək

Simsar.az xəbər verir ki, buna braziliyalı hücumçunun Moskva “Lokomotiv”i ilə oyunda zədələnməsi səbəb olub. Rusiya çempionatının 6-cı turu çərçivəsində baş tutan görüşdə əzələsindən xəsarət alan 28 yaşlı oyunçunun oktyabrın ortalarında meydana qayıda biləcəyi bildirilir.

Qeyd edək ki, Hulk cari mövsüm 10 rəsmi matçda “Zenit” forması geyinib. O, bu oyunlarda 7 dəfə fərqlənə bilib.

 

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!