2 Sentyabr, 2014
“Ölkəyə gətirilən dərmanlara güclü nəzarət var”

“Lisenziya, xüsusi icazə olmadan və müvafiq sənədlər təqdim olunmadan Azərbaycan gömrük orqanları heç bir dərman preparatını Azərbaycan ərazisinə buraxmır”.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, psixotrop maddələrin və buna bənzər digər dərmanların dövriyyədən götürülməsi gömrük orqanının ixtiyarındadır: “Bəzi vətəndaşlar digər ölkələrə getdikdə öz tələbatı üçün resept əsasında dərman gətirir. O dərmanlar resept əsasında ölkəyə gətirilirsə, gömrük orqanları bununla bağlı heç bir tədbir görə bilməz. Ölkəyə idxal olunan dərman preparatlarına isə güclü nəzarət mövcuddur”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!