2 Sentyabr, 2014
“Nar mobile”nin onlayn məsləhətçisi, yoxsa TAPMACA?

Nar mobile müştəri xidmətlərinə edilən müraciətlərə onlayn məsləhətçi xidmətindən istifadə etməklə əlavə variant yaratsa da, bu xidmət müştərilərə kömək etmək əvəzinə daha çox tapmaca variantına üstünlük verir.

Simsar.az xəbər verir ki, Nar mobile istifadəçisi Anar Rəsul onlayn məsləhətçidən istifadə etmək istəsə də onun müraciətinə verilən cavab daha çox tapmacanı xatırladıb. Üç cəhddən sonra əlaqə yaradan müştəri sorğusuna cavab almaq əvəzinə vaxt itirdiyini bildirib. Qarşı tərəfin cavabı isə bu olub: “Siz ən qısa müddətdə məlumatlandırılacaqsınız”.

Bu tapmacanın cavabını isə müştərinin nə vaxt alacağını yalnız Onlayn məsləhətçi bilir...


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!