2 Sentyabr, 2014
VhatsApp-dan YENİLİK

Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp istifadəçiləri üçün yenilik hazırlayır.

Simsar.az-ın məlumatına görə, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər.

WhatsApp-ın baş direktoru Yan Kum Mobile World Congress-də çıxışında pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını bildirmişdi.

FirstPost bildirir ki, yeniliyin tətbiqinə çox az qalıb. WhatsApp-da “Hang up”, “Incoming call” və “Outgoing call” funksiyaları olacaq. İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda, sonra isə Nokia və BlackBerry telefonlarında tətbiq olunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!