2 Sentyabr, 2014
Xaraba qalan Luqanskdan son görüntü – VİDEO

Rusiyanın “Layf nyus” (“Life news”) telekanalının əməkdaşları Ukraynanın Luqansk vilayətinin şiddətli atışmalar nəticəsində dağıdılan hava limanının son görüntülərini yayımlayıblar.

Simsar.az Axar.az istinadən xəbər verir ki, hazırladıqları süjetdə rusiyalı jurnalistlər sözügedən məkanın bu vəziyyətə düşməsində Ukrayna ordusunun hərbçilərini təqsirli biliblər.

Videodan da göründüyü kimi, hava limanı yararsız hala düşüb və hərbi ekspertlər bu strateji obyektdən yaxın vaxtlarda istifadəni mümkünsüz sayıblar.

Xatırladaq ki, bir neçə gündür hava limanı uğrunda şiddətli döyüşlər gedir. Rusların peşəkar artilleriya mütəxəssislərinin aramsız hədəf aldıqları atəş nəticəsində ukraynalı hərbçilər hava limanından geri çəkilmək məcburiyyətində qalıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!