2 Sentyabr, 2014
Gürcü nazirlər Bakıya gəlir

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ilə energetika və təbii sərvətlər naziri Kaxa Kaladze Bakıya səfər edəcəklər.

Gürcüstanın Azərbaycandakı səfirliyindən Simsar.az-a verilən məlumata görə, səfər 8-9 sentyabr tarixlərində gerçəkləşəcək.

Gürcüstan nümayəndə heyətinin üzvləri sentyabrın 9-da Bakıda keçiriləcək "Şərq tərəfdaşlığı" ölkələrinin energetika nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!