2 Sentyabr, 2014
Axşam bu yol bağlanacaq

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib.


Simsar.az NİİM-in səhifəsinə istinadən xəbər verir ki, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Akademik Həsən Əliyev küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Fətəli xan Xoyski küçəsindən istifadə etmələri tövsiyə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!