2 Sentyabr, 2014
“Milan” Fernando Torresi bu gün təqdim edəcək

Futbolçunun tibbi müayinəsi başa çatıb

Simsar.az xəbər verir ki, “rossoneri” yeni transferi Fernando Torresi ictimaiyyət önünə çıxaracaq. “Çelsi”dən 2 il müddətinə “Milan”a keçən 30 yaşlı hücumçu “San Siro”da azarkeşlərlə görüşəcək.

İcarə əsasında “qırmızı-qaralar”ın formasını geyəcək Torres artıq keçidi barədə fikirlərini də bölüşüb. İnzagi ilə yenidən əvvəlki formasına qovuşacağına inandığını deyən ispaniyalı futbolçu “Milan”da oynamağın böyük şərəf olduğunu bildirib.

Qeyd edək ki, Fernando Torres buna qədər “Atletiko Madrid”, “Liverpul” və “Çelsi” kimi klubların uğurları üçün tər töküb.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!