2 Sentyabr, 2014
Məhəmməd peyğəmbərin qəbri sökülə bilər – ŞOK

İngiltərənin İndependent qəzeti, İslam dünyası ilə bağlı şok bir iddia irəli sürüb. Qəzetin manşet xəbərinə görə, Səudiyyə Ərəbistanstanı hökumətinin Məscidi Nəbəvini genişləndirmə planı çərçivəsində, Məhəmməd Peyğəmbərin (s.a.v.) qəbri də uçurulma təhlükəsi altındadır.

Qəzetin xəbərinə görə bu plan, daha öncə Məkkədəki müqəddəs məkanların da genişləndirmə planları çərçivəsində uçurulmasına qarşı çıxan, İslam Mirası Araşdırma Vəqfi Müdürü İrfan Əl-Ələvi tərəfindən üzə çıxıb.

Əl-Ələvi, plan çərçivəsində Məhəmməd Peyğəmbərin qəbrinin yerləşdiyi Yaşıl Qübbənin uçurulmaq istəndiyini, planın isə radikal vəhhabi düşüncəli din adamları tərəfindən hazırlandığını bildirib.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!