2 Sentyabr, 2014
Kapello: “Məni Azərbaycanla oyun düşündürür”

Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Azərbaycanla yoxlama oyunu öncəsi mətbuat konfransı keçirib.

Simsar.az xəbər verir ki, o, bunları söyləyib:

"Start heyətini artıq müəyyənləşdirmişəm. Amma onu sizə açıqlamaq fikrində deyiləm. Əsas odur ki, oyunçular özləri artıq bunu bilirlər. Akinfeyev? O, start heyətdə olacaq. Maaş? Bu, hazırda yadıma düşən ən sonuncu fikirdir. Mən bura Azərbaycanla, daha sonra Lixtenşteynlə yaxşı yoxlama matçı keçirmək üçün gəlmişəm. Maliyyə problemləri məni ən son düşündürən məsələdi. Azərbaycanla oyunda əvvəllər millidə oynamamış və ya az oynamış futbolçuları yoxlamaq istəyirəm. Tədricən yığmanın heyətini yeniləməyə də ehtiyac var".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!