2 Sentyabr, 2014
Ərdoğanın Bakı səfərinin detalları açıqlandı

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gətirən təyyarə Bakı vaxtiylə 19:45-də Ankaradan Bakıya yola düşəcək.

Simsar.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısının rəsmi internet səhifəsində məlumat verilib.

Türkiyə Prezidentinin rəsmi saytına görə, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı ümumi maraq kəsb edən ikitərəfli əlaqələr, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunacaq.

Sayt iki ölkə arasında dərin tarixi əlaqələrin olduğunu qeyd edərək, Ərdoğanın səfərini Türkiyə-Azərbaycan münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirir.

Hüseyn İbadlı

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!