2 Sentyabr, 2014
Lippert istefa verdi

21 yaşafək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Bernhard Lippert istefa verib.


Simsar.az-ın futbolxeber.az saytına istinadən yaydığı məlumata görə, bu haqda alman məşqçinin özü bu dəqiqələrdə keçirilən mətbuat konfransında bildirib.

"Artıq AFFA rəhbərliyi ilə bu haqda danışmışam. U-21 millisindəki vəzifəmi başa vururam. Ya seçmə mərhələ başa çatdıqdan sonra, ya da ilin sonunda vəzifəmdən ayrılacağam” - deyə B.Lippert istefasını şərh edərkən bildirib.

Alman məşqçi istefasının səbəbini belə izah edib: “Bunun iki səbəbi var. Birinci səbəb odur ki, xeyli müddətdir komandaya rəhbərlik edirəm. Elə oyunçular var ki, hələ U-17-də də mənimlə birgə çalışıblar. Bu gün Azərbaycan yaxşı məşqçilər var. Onların da yolunu açmaq lazımdı. İkinci səbəb isə işlərimin çoxluğudur. Bildiyiniz kimi, idman direktoru kimi də çalışıram. İşlərim həddindən artıq çoxdur. Başqa layihələrim var ki, onları reallaşdırmaq üçün vaxt lazımdı. Eləcə də PRO kateqoriyalı məşqçi kurslarına nəzarət edirəm. Həmçinin 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatına ev sahibliyi edəcəyik. Bütün bunlar sizə asan görünməsin”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!