2 Sentyabr, 2014
Reynaldo iki il "Qarabağ"da qalacaq - MÜQAVİLƏ

“Qarabağ” klubu hücumçusu Reynaldo Dos Santos Silva ilə müqavilənin müddətini uzadıb. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Simsar.az-a açıqlamasında bildirdi ki, braziliyalı forvardla müqavilə 2 illik artırılıb.

Qeyd edək ki, Reynaldonun 2016-cı ilədək “Qarabağ”la müqaviləsi mövcud idi. Yeni müqavilədən sonra hücumçu artıq 2018-ci il yanvarınadək Ağdam təmsilçisinin heyətində qalacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!