2 Sentyabr, 2014
Çində torpaq sürüşməsi: 8 ölü

Çinin cənub-qərbində yerləşən Çonqçinq şəhərində şiddətli yağışlar səbəbindən torpaq sürüşməsi baş verib. Simsar.az xarici KİV-ə istinadən  məlumat verir ki, nəticədə 8 nəfər həyatını itirib. Ölənlərlə yanaşı 24 nəfərin itkin düşdüyü bildirilir. Axtarış və xilasetmə qrupu 7000 nəfəri təhlükəsiz bölgəyə köçürməyə nail olub. İtkin düşən 11 şaxtaçının isə torpaq altında qaldıqları güman edilir.

Yünyanq qəsəbəsini cənginə alan şiddətli yağışlar maddi itkisiz də ötüşməyib. İlkin hesablamalara görə, əraziyə 68 milyon yen( təqribən 11 milyon dollar) maddi ziyan dəyib.

Ülviyyə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!